REGİONLAR
Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanı başa çatıb
Şərur, 24 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasındakı Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanı başa çatıb. Qəbul imtahanında 474 şagird iştirak edib.
AZƏRTAC xəbər verir ki, imtahanı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və “İstedad – XXI əsr” kursu keçirib. Naxçıvan şəhərindəki 4 nömrəli tam orta məktəbdə 2 imtahan rəhbərinin nəzarəti ilə keçirilən imtahan saat 11:00-da başlayıb və 13:30-da bitib. İmtahanda VI sinfi bitirən şagirdlər iştirak ediblər.
Şagirdlərə Azərbaycan dili və ədəbiyyat üzrə 16, fizika üzrə 24, riyaziyyat üzrə 24, xarici dil, tarix, biologiya və coğrafiya fənlərinin hər biri üzrə 9 olmaqla, 100 sual təqdim edilib. Onların bilik və bacarıqlarını üzə çıxarmaq üçün imtahanda hərtərəfli şərait yaradılıb.
Ötən il fəaliyyətə başlayan Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə hazırda 150 şagird təhsilini davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]