REGİONLAR


Şərur rayonunda bu il 155 hektar sahədə soğan əkilib

Şərur, 19 iyul, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının ən böyük rayonlarından biri olan Şərurun torpaqları burada bir sıra bitkiçilik məhsullarının əkilib-becərilməsinə imkan verir.

Son illər rayonda daha çox əkilən bostan-tərəvəz məhsulları arasında soğan əsas yerlərdən birini tutur. Bu il rayonda 155 hektar sahədə soğan əkilib. Rayonun Sərxanlı, Şəhriyar, Düdəngə, Cəlilkənd yaşayış məntəqələrində daha çox soğan əkilib. Hazırda sahələrdə becərmə işləri aparılır. Avqust ayının 20-dən etibarən soğanın yığımına başlanılacaq.

Qeyd edək ki, keçən il rayonda soğan sahəsinin hər hektarından orta hesabla 40 ton məhsul götürülüb.

Muxtar respublikada yaradılmış soyuducu anbarlar soğanın münasib qiymətlər əsasında qəbulunu həyata keçirir. Şərurda 3 min tonluq 11 soyuducu anbar fəaliyyət göstərir. Torpaq mülkiyyətçiləri artıq qalan məhsulu bu anbarlarda saxlayaraq ilboyu satışını təmin edirlər.

Qeyd edək ki, bölgədə suvarma suyuna olan tələbatın tam ödənilməsi, iqlim şəraiti, uzun illərin təcrübəsi və davamlı xarakter alan dövlət qayğısı Şərurun torpaq mülkiyyətçilərinin bu sahəyə marağını artırıb. Onlar mövcud şəraitdən səmərəli istifadə edir, məhsul bolluğu yaradılmasına çalışır, daxili bazarın yerli məhsullarla təminatına töhfələrini verir, rayon iqtisadiyyatının gücləndirilməsinə səy göstərirlər.

AZƏRTAC –ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.