REGİONLAR


Şərur rayonunda daha bir kənd stadionu yenidən qurulur

Şərur, 18 may, AZƏRTAC 

Naxçıvan Muxtar Respublikasının Şərur rayonundakı Dəmirçi kənd stadionunda yenidənqurma işləri aparılır.

AZƏRTAC xəbər verir ki, uzunluğu 105, eni isə 60 metr olan təbii ot örtüklü stadionun ərazisində 118 nəfərlik oturacaqlar quraşdırılacaq. Bununla yanaşı, stadionun ərazisində 50 tamaşaçı tutumlu voleybol meydançası da inşa ediləcək və idman qurğuları quraşdırılacaq. Stadionda muxtar respublika çempionatı üzrə oyunların, həm də rayon birinciliklərinin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu, muxtar respublikanın kəndlərində yenidən qurulan 5-ci stadiondur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.