REGİONLAR


Şərur rayonunda karate-do üzrə açıq birincilikdə 70-dən çox idmançı qüvvəsini sınayıb

A+ A

Şərur, 24 avqust, AZƏRTAC

Şərur Rayon Gənclər və İdman İdarəsi ilə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının birgə təşkil etdiyi yeniyetmələr arasında karate-do üzrə açıq birincilikdə 70-dən çox idmançı qüvvəsini sınayıb.

AZƏRTAC xəbər verir ki, “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən birincilikdə Şərur rayonunun idmançıları ilə yanaşı, Kəngərli və Sədərək rayonlarının idmançıları da iştirak ediblər.

Yarışda idmançılar beş yaş qrupu üzrə mübarizə aparıblar. Gərgin və maraqlı keçən mübarizədən sonra 6-7 yaş qrupunda Həbib Əhmədov, 8-9 yaş qrupunda Uğur Əsgərov, 10-11 yaş qrupunda Kənan Vəliyev, 12-13 yaş qrupunda Rövşən Nəcəfov, 14-15 yaş qrupunda isə Emin Nəcəfov birinci yerə layiq görülüblər.

Qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.