Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şərur rayonunun Çəmənli və Arpaçay kəndlərində geniş quruculuq işləri aparılıb

Şərur, 1 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır. Məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın”.

Ölkə Prezidentinin tövsiyələri Naxçıvan Muxtar Respublikasında da ardıcıl icra olunur. Yol tikintisi, təhsil, səhiyyə və digər sosial təyinatlı obyektlərin istifadəyə verilməsi, sakinlərin məşğulluğunun təmin olunması kəndlərdə şəhər rahatlığı yaradıb, insanların yaşayış səviyyəsi yüksəlib, məskunlaşma artıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fevralın 1-də Şərur rayonunun Çəmənli və Arpaçay kəndlərində yeni sosial obyektlər istifadəyə verilib.

Arpaçay Kənd Mərkəzinin açılışı olub

Şərur rayonunun Arpaçay kəndi aparılan quruculuq işlərindən sonra abad və müasir yaşayış məntəqəsinə çevrilib. Kənddə dövlət qurumlarının iş şəraitinin yaxşılaşdırılması sakinlərə nümunəvi xidmət göstərməyə imkan verəcəkdir.

Fevralın 1-də Arpaçay Kənd Mərkəzinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, yaradılan şəraitlə tanış olub. Bildirilib ki, binada rabitə evi, polis sahə, feldşer-mama və baytarlıq məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, kitabxana və iclas zalı vardır.

Baytarlıq məntəqəsi xidmətin təşkili üçün lazımi şəraitlə təmin olunub. Rabitə evində 384 yerlik ATS qurulub, poçt bölməsi yaradılıb, 2100 metr fiber-optik xətt çəkilərək kənddə sürətli internetə çıxış imkanı yaradılıb. Kitabxanada isə 4595 ədəbiyyat oxucuların istifadəsinə verilib. Yeni Azərbaycan Partiyası Arpaçay kənd ərazi ilk təşkilatı üçün lazımi iş şəraiti yaradılıb. Feldşer-mama məntəqəsi üçün 4 otaq ayrılıb və müasir tibbi avadanlıqlar qoyulub.

Ali Məclisin Sədri sakinlərə göstərilən xidmətlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verib.

Arpaçayda yeni xidmət mərkəzi fəaliyyətə başlayıb

Müasir kənd infrastrukturunun əsas cəhətlərindən biri də yeni xidmət sahələrinin yaradılmasıdır.

Fevralın 1-də Arpaçay Kənd Xidmət mərkəzinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Xidmət mərkəzində 6 kənd sakini işlə təmin olunub. Binada bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, dərzi, ərzaq və təsərrüfat malları olmaqla, 2 mağaza fəaliyyət göstərir. Xidmət sahələrinin yaradılması sakinlərin tələbatını ödəməklə yanaşı, həm də kənddə istehsal olunan məhsulların rahat satışının həyata keçirilməsinə imkan verəcəkdir.

Arpaçay kəndində quruculuq işləri aparılarkən 10 kilometrdən artıq rabitə xətti yenilənib, 300 metr elektrik, 350 metr qaz və 220 metr içməli su xətti çəkilib.

Çəmənli kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib

Muxtar respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilir, vətənpərvər və sağlam gənc nəslin hazırlanması qayğısına qalınır. Hər il yeni məktəb binaları tikilərək istifadəyə verilir, mütərəqqi tədris metodları tətbiq olunur.

Fevralın 1-də Çəmənli kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Çəmənli kənd tam orta məktəbin direktoru Ələkbər Süleymanov çıxış edərək deyib: Həyata keçirilən quruculuq işləri nəticəsində muxtar respublikanın bütün şəhər, qəsəbə və kəndləri gündən-günə böyüyür və inkişaf edir. Aparılan quruculuq işlərindən Çəmənli kəndinə də böyük pay düşüb. Bu gün kənddə hər cür şəraitə malik müasir məktəb binası istifadəyə verilir. Muxtar respublikada təhsilin inkişafı və müəllimlərin sosial şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər təhsil işçiləri qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifələri dərindən dərk edən pedaqoji kollektiv bundan sonra da gənc nəslin təlim-tərbiyəsində, əsl vətəndaş kimi yetişməsində bilik və bacarığını əsirgəməyəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çəmənli kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivə təbriklərini çatdırıb, ümummilli liderimiz Heydər Əliyevin “Məktəbin, müəllimlərin ən əsas vəzifəsi cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır”, - fikrini xatırladaraq deyib: Bu gün təhsilin qarşısında duran əsas vəzifə ölkəmizin gələcəyi olan gəncləri təhsilli və vətənpərvər yetişdirməkdən ibarətdir. Dövlətimiz tərəfindən lazımi avadanlıqlarla təmin olunan məktəb binaları tikilərək istifadəyə verilir. Ona görə də müəllimlər, eləcə də cəmiyyətin hər bir üzvü bu şəraitdən səmərəli istifadə etməli, milli dəyərlərinə sahib çıxan təhsilli və vətənpərvər gənclər böyütməlidirlər.

Ali Məclisin Sədri deyib: Bu gün ölkəmizdə sabitlik və inkişaf vardır. Bütün sahələrin, o cümlədən təhsilin inkişafı ilə bağlı dövlət proqramları qəbul olunmuş, ölkəmizin hər bir yaşayış məntəqəsində müasir məktəb binaları tikilərək istifadəyə verilmişdir. Gənc nəslin qarşısında duran əsas vəzifə yaradılan bu şəraitdən düzgün istifadə edərək özlərini gələcəyə hazırlamaqdır. Hər bir gənc yaxşı təhsil almalı, vətənpərvər olmalı, peşə öyrənməli və nəticədə ölkəmizin milli sərvətinə çevrilməlidir. Çəmənli kənd tam orta məktəbində də bu vəzifələrin yerinə yetirilməsi üçün lazımi şərait vardır.

Ali Məclisin Sədri deyib: Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir. Məktəblərimizdə yaradılan müasir tədris şəraiti, elektron lövhəli siniflərin, kompüter otaqlarının, laboratoriyaların, müasir idman zallarının və digər tədris avadanlıqlarının istifadəyə verilməsi, xarici dillərin tədrisi şagirdlərin təhsilli və sağlam böyüməsinə, gələcəkdə dünyanın istənilən ölkəsində ali təhsil almasına imkan verəcəkdir. Bütün bunlar ölkəmizin gələcəyinə xidmət edən tədbirlərdir. Ona görə də bu işdə cəmiyyətin hər bir üzvü, xüsusilə də müəllimlər məsuliyyət daşıyır.

Məktəbin nailiyyətlərinin qənaətləndirici olduğunu bildirən Ali Məclisin Sədri kollektivə təşəkkür edib, qarşıya qoyulan vəzifələrin bundan sonra uğurla yerinə yetiriləcəyinə əminliyini bildirib, məktəb binasında yaradılan şəraitlə maraqlanıb.

3 mərtəbəli və 380 şagird yerlik binada 3-ü elektron lövhəli olmaqla 20 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, şahmat otağı, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və həyətdə açıq idman qurğuları vardır. Qeyd olunub ki, məktəbdə kitabxana işinin təşkili diqqətdə saxlanılır. Hazırda kitabxananın fondunda 4514 kitab vardır.

Ali Məclisin Sədri tədrisin keyfiyyətinin artırılmasında bədii ədəbiyyatlardan istifadənin əhəmiyyətini qeyd edib, müvafiq tapşırıqlar verib.

Çəmənli kəndində dəqiq elmlərin tədrisi üçün də lazımi şərait yaradılıb. Məktəbdə kimya, biologiya və fizika laboratoriyaları istifadəyə verilib, ixtisas müəllimləri təkmilləşdirmə kurslarında iştirak edib, dəqiq elmlərə aid elektron dərslik bazası yaradılıb. 2016-2017-ci tədris ilində Çəmənli kənd tam orta məktəbində birinci sinfə 26 şagird qəbul olunub.

Məktəbdə informasiya texnologiyalarına əsaslanan tədris sistemi qurulub, internetə daimi çıxışı olan 38 kompüter şagirdlərin istifadəsinə verilib. Elektron lövhələrlə təmin olunan məktəb muxtar respublikanın məktəb-muzey şəbəkəsinə də qoşulub. Baxış zamanı muxtar respublikanın 195 məktəbi ilə “Naxçıvanqala” Tarix Memarlıq Muzeyi arasında keçirilən distant dərs izlənilib.

Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri deyib: Məktəbdə yaradılan müasir şərait nailiyyətləri daha da artıracaq, ölkəmizin gələcəyi üçün sağlam nəsil yetişdiriləcəkdir. Yaxşı təhsil alan, vətənpərvər böyüyən və peşə sahibi olan gənc ölkənin milli sərvətinə çevrilir. Qarşıda duran əsas vəzifə ölkəmiz və xalqımız üçün yararlı vətəndaş yetişdirməkdir. Məktəbin kollektivi fəaliyyətini bu vəzifələrin icrası istiqamətində qurmalıdır.

Məktəbin müəllimi Gülmira Məmmədova kollektiv adından minnətdarlıq edərək deyib ki, müasir tədris şəraiti pedaqoji heyətin fəaliyyəti üçün geniş imkanlar açır. Üzərimizə böyük məsuliyyət düşür. Çalışacağıq ki, bundan sonra da təhsilli, vətənpərvər və peşə sahibi olan gənclər yetişdirək.

Çəmənlidə kənd mərkəzi inşa olunub

Fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çəmənli kənd mərkəzinin açılışını edib.

Bildirilib ki, binanın birinci mərtəbəsində rabitə evi, polis sahə məntəqəsi, baytarlıq məntəqəsi, kitabxana və feldşer-mama məntəqəsi yerləşir. İkinci mərtəbədə isə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və statistika işçisi üçün otaqlar ayrılıb.

Baxış zamanı qeyd olunub ki, kənddə baytarlıq xidmətinin təşkili diqqətdə saxlanılır. Baytarlar vaxtlı-vaxtında təsərrüfatlarda olaraq epizootik tədbirlər aparırlar. Sakinlər əsasən maldarlıq, heyvandarlıq və arıçılıqla məşğul olur. Düzgün baytarlıq xidmətinin təşkili təsərrüfatların genişlənməsinə, sağlam məhsul istehsalına imkan verir.

Kənd kitabxanasında 325 oxucu qeydiyyatdadır. Fondda 8 mindən artıq ədəbiyyat vardır. Yeni Azərbaycan Partiyası Çəmənli kənd ərazi ilk təşkilatının 115 üzvü vardır. Onlardan 29-u gənclər, 29-u isə qadınlardır. Binada 44 yerlik iclas zalının istifadəyə verilməsi mədəni-kütləvi və maarifləndirici tədbirlərin keçirilməsinə imkan verəcəkdir.

Rabitə evində Poçt bölməsi fəaliyyətə başlayıb. Burada 384 yerlik yeni ATS qurulub, genişzolaqlı və sürətli internetə çıxış imkanı yaradılıb. Hazırda kənddə 66 internet istifadəçisi vardır.

Feldşer-mama məntəqəsi 4 otaqdan ibarətdir. Ali Məclisin Sədri sakinlərə nümunəvi tibbi xidmət göstərilməsi və səhiyyə maarifi işi ilə bağlı tapşırıqlar verib.

Xidmət mərkəzində 6 kənd sakin işlə təmin olunub

Həmin gün Çəmənli kənd xidmət mərkəzinin də açılışı olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, dərzi, ərzaq və təsərrüfat malları olmaqla, 2 mağaza fəaliyyət göstərir. Burada 6 kənd sakini işlə təmin olunub.

Muxtar respublikanın kəndlərində yeni sosial obyektlər inşa olunarkən bir sıra abadlıq işləri də aparılır. Çəmənli kəndində də 12 kilometrdən artıq rabitə xətti, 3360 metr fiber-optik kabel, 1500 metr elektrik və 920 metrlik yeni qaz xətləri çəkilib, 1200 metrlik müxtəlif diametrli qaz xətlərində təmir-bərpa işləri aparılıb.

Yeni avtomobil yolu istifadəyə verilib

Fevralın 1-də Şərurda aparılan quruculuq işləri çərçivəsində rayonun Dərvişlər-Arpaçay-Çəmənli-Babəki kənd avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolun açılışını edib. Sonra kənd sakinləri ilə görüş olub.

Ali Məclisin Sədri Çəmənli və Arpaçay kəndlərində aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik edərək deyib: Çəmənli və Arpaçay kəndləri muxtar respublikanın müasir yaşayış məntəqələrinə çevrilib. Yeni yolun çəkilməsi, məktəb binasının, kənd və xidmət mərkəzlərinin tikilməsi, daimi elektrik enerjisinin və təbii qazın verilməsi, rabitə xidmətinin göstərilməsi əhalinin rahat yaşamasına hesablanıb. Bu tədbirlər ona görə həyata keçirilir ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi xətti ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir, Azərbaycan müstəqil ölkə kimi inkişaf edir. Şəhərlərimiz, kəndlərimiz abadlaşır, müasirliyə qovuşur. Çəmənli və Arpaçay kəndlərində də sakinlərin problemləri həll olunub. Ona görə də yaradılan şəraitdən kənd sakinləri səmərəli istifadə etməli, kəndlərdə məskunlaşma artmalı, torpaqlar əkilməli, şagirdlər yaxşı təhsil almalı, ölkəmizin gələcək qurucuları sırasında bu kəndin də yetirmələri olmalıdır. Çəmənli və Arpaçay kəndlərində tarixən heyvandarlıq, maldarlıq, arıçılıq və əkinçilik inkişaf etdirilmiş, böyük təsərrüfatlar fəaliyyət göstərmişdir. Bu işlər bundan sonra da davam etdirilməli, təsərrüfatlar daha da genişləndirilməli, hər bir kənd sakini ölkəmizin inkişafına öz töhfəsini verməlidir.

Ali Məclisin Sədri bir daha sakinləri təbrik edib, onlara rahat yaşayış arzulayıb.

Kənd sakini Fərman Məmmədov deyib ki, kəndlərdə aparılan quruculuq işləri dövlətimizin öz vətəndaşlarına göstərdiyi qayğının ifadəsidir. Yeni inzibati binalar, müasir məktəb, yol kənddə rahat yaşayışımızı təmin edir. Bu gün kənd adamları çətinliklərlə üzləşmirlər. Havaların qarlı və şaxtalı keçməsi artıq əvvəllər olduğu kimi problemlər yaratmır. Çünki kəndimiz müasirləşib, mənzillərimiz dayanıqlı elektrik enerjisi və təbii qazla təmin olunur. Kredit götürərək təsərrüfatlarımızı genişləndirir, əkinçilik, heyvandarlıq, maldarlıqla məşğul oluruq. İstehsal olunan məhsulların bazarı vardır. Bir sözlə, rahat yaşayışın təmin olunması Çəmənli və Arpaçay kənd sakinlərinin torpağa, yurd yerlərinə bağlılıqlarını, qurub-yaratmaq əzmini daha da artırır.

Sonra Ali Məclisin Sədri yolda görülən işlərlə maraqlanıb.

Məlumat verilib ki, 4 kəndi birləşdirən 9,7 kilometrlik avtomobil yolu əsaslı şəkildə yenidən qurulub, yol yatağı genişləndirilərək asfalt örtük salınıb. Tikinti işləri aparılarkən 8,2 kilometrlik kənddaxili yollar da yenidən qurulub, 118 su keçidi qoyulub, 1350 metrlik beton kanal çəkilib. Yolun tikintisi kəndlərlə nəqliyyat əlaqəsini yaxşılaşdıracaq, həmçinin kənddə iqtisadiyyatın və turizmin inkişafına töhfə verəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Filippində bərə qəzasında ölənlərin sayı 52-yə çatıb

Qazaxıstan mətbuatı Bakı ilə Vaşinqton arasında əməkdaşlığın genişlənməsi barədə yazır

Prezident Kitabxanasında Sadiq Qurbanovun “Neft və davamlı inkişaf” üçcildliyinin təqdimatı keçirilib

“Tottenhem”in baş məşqçisi istefaya göndərilib

Mətbuat Şurası: Şəxsin razılığı olmadan onun özəl məlumatlarının toplanması və yayılması hüquqa ziddir

“Təhsildə menecment və yeni təlim texnologiyaları” elmi konfransına tezis qəbuluna başlanılır

Bakıda “Avropanın meydanları” adlı fotosərgi açılıb

Əqli Mülkiyyət Agentliyi Avrasiya iddia sənədlərinin elektron formada verilməsi xidmətini istifadəyə verib

Orban: Avropa İttifaqı Macarıstana qarşı müharibə elan edib

Bərpaolunan enerji üzrə karbon kreditlərinin əldə edilməsi ölkəmizin qlobal karbon bazarına daxil olması deməkdir - ŞƏRH

Media: Təhlükəsizlik təmin olunmayanadək Ukraynada seçki keçirilə bilməz

Sosial şəbəkələrdə yaş məhdudiyyəti məsələsi yenidən gündəmə gətirilir

Məsud Pezeşkian: İran nüvə silahı yaratmağa can atmır

Azərbaycan ABŞ ilə əməkdaşlıqla regionda sülhün dayanıqlı olmasına çalışır - AÇIQLAMA

® “Milliön” terminallarında şəxsi kabinetinizlə daha sürətli ödəniş edin

Azərbaycan-ABŞ münasibətlərində yeni, uğurlu səhifə açılıb - ŞƏRH

Avropa Açıq Turnirində Azərbaycanı 7 qadın cüdoçu təmsil edəcək

Deputat: Azərbaycan və ABŞ strateji əməkdaşlığı genişləndirirlər

Azərbaycan–ABŞ münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Xartiyası nə vəd edir? ŞƏRH

Tramp Yaxın Şərqə ikinci təyyarədaşıyan gəmi göndərə bilər

Fransa mediası ABŞ-ın Vitse-prezidentinin Bakıya səfərindən yazır

Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib  YENİLƏNƏCƏK  VİDEO

Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib YENİLƏNƏCƏK VİDEO

Əlilliyi olan şəxs: Dövlətin göstərdiyi diqqət və qayğını həyatımda hiss edirəm

“Qəbələ” Fransa millisinin sabiq futbolçusunu icarəyə götürüb

Azərbaycanın Olimpiya çempionları “Böyük Dəbilqə”də çıxış edəcəklər

Macarıstan şirkəti “Şəfəq” GES-də 10 faiz iştirak payı alıb

Rumıniya kritik mineralların hasilatını bərpa edir

Levan Mamaladze: ABŞ Vitse-prezidentinin Azərbaycana və Ermənistana səfəri regionun inkişafına müsbət təsir göstərəcək

Polis qarlı havada gücləndirilmiş rejimdə xidmət aparır

Azərbaycan və Türkiyə süni intellekt əsaslı birgə məhsul hazırlaya bilər

Bakı və Əbu-Dabi arasında qardaşlaşma münasibətlərinin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb

Məhkəmə Ekspertizası Mərkəzi ötən il 27 minə yaxın iş üzrə ekspert rəyi və arayış verib

® “Birbank”ın “Böl-ödə” krediti ilə alış-veriş imkanlarınızı genişləndirin

Xətai rayonunda beşmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb VİDEO

Xətai rayonunda beşmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb VİDEO

“AzerGold” 11 ildə Azərbaycan iqtisadiyyatına 1,9 milyard manatdan çox vəsait cəlb edib

Sabah hava əsasən yağmursuz keçəcək

Cəlilabad və Biləsuvarda qarın fəsadları aradan qaldırılır

Emmanuel Makron ABŞ-la uzunmüddətli ticarət müharibəsi barədə xəbərdarlıq edib

Fransada inklüziv təhsil böhranı: 48 mindən çox əlilliyi olan şagird müşayiətçisiz qalıb

Şəhərsalma və memarlıq: Tarixi davamlılıq və Prezident İlham Əliyevin qurucu liderliyi-TƏHLİL

Suriyalı pianoçu: Qara Qarayevin musiqisi rəngarəng çalarlara malikdir

Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu təsis edilib VİDEO

Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu təsis edilib VİDEO

Sahibkarlarla dialoq çərçivəsində 140-a yaxın görüş və ictimai müzakirə təşkil olunub

Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VİDEO

Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VİDEO

İRİA: Bu ilin sonuna qədər texnoparkdakı rezidentlərin sayı 200-ə çatacaq

"Qarabağ" – "Nyukasl" matçının biletləri satışa çıxarılır

Qazaxıstanda son 24 saat ərzində qar uçqunları zonasında 87 nəfər xilas edilib

“İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib

Tbilisi-Rustavi avtomobil yolunda baş verən qəzada 3 nəfər ölüb, yaralananlar var

“Financial Times”: Zelenski fevralın 24-də prezident seçkiləri ilə bağlı qərarını elan edəcək

ABŞ-Azərbaycan Xartiyası müdafiə və enerji sahəsində yeni imkanlar açır - ŞƏRH

Azərbaycan qlobal kibertəhlükəsizlik xəritəsini formalaşdıran ölkəyə çevrilir – TƏHLİL

Nəriman Axundzadənin ilk məşqçisi: İnanıram ki, ABŞ klubunda da özünü yaxşı tərəfdən göstərəcək

DİN: Yollarda təhlükəsizliyin təmin edilməsi üçün qabaqlayıcı tədbirlər görülür

“Ford Motor” tarixində ən böyük rüblük zərərini açıqlayıb

Murad Hüseynov: 2025-ci ildə bədii kollektivlər üçün 56 müxtəlif adda 107 ədəd musiqi aləti sifariş olunub

Ukraynanın kritik infrastrukturuna zərbələrdən ən çox hamilə qadınlar və körpələr təsirlənir

Gürcüstan mediası Prezident İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə görüşünü geniş işıqlandırıb

Aeroport şosesində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək

Samir Məmmədov: Azərbaycan süni intellekt sahəsində regionda lider mövqeyini gücləndirir

Ağsu aşırımında buzlaşma: İki avtomobil aşıb

Zahid Oruc: Ölkəmizdə süni intellekt mühəndisinə daha çox ehtiyac var

Nərimanov rayonunda quldurluq edən və avtomobil qaçıran şəxslər saxlanılıblar VİDEO

Nərimanov rayonunda quldurluq edən və avtomobil qaçıran şəxslər saxlanılıblar VİDEO

Nazir müavini: Ötən il 850 mindən çox kitab elektronlaşdırılıb

Azərbaycanla ABŞ arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub – ŞƏRH

İRİA: Azərbaycanın rəqəmsal məhsullarının Afrikanın 18 ölkəsinə ixracı ilə bağlı danışıqlar aparılır

ABŞ-da terror şübhəsi ilə 1400-dən çox miqrant saxlanılıb

Lerikdə qarın hündürlüyü 25 santimetrə çatıb, bəzi ərazilərdə elektrik enerjisi kəsilib

® “Azercell Biznes” korporativ müştərilər üçün İoT və M2M platformasını təqdim edir

Cəlilabadda 14 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Cəlilabadda 14 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Premyer Liqa: “Sabah” 50-ci, “Turan Tovuz” 25-ci ev qələbəsini qazanıb

Naxçıvanda fevral ayının pensiyaları ödənilib

Arıçılıqda uğur düsturu: ABAD-ın dəstəyi və fərdi zəhmət bir arada VİDEO

Arıçılıqda uğur düsturu: ABAD-ın dəstəyi və fərdi zəhmət bir arada VİDEO

“Arsenal” transfer bazarında ən çox pul itirən klub olub

İmişlidə 15 kiloqram narkotik vasitə aşkarlanıb

Dünya birjalarında neft bahalaşıb

Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib

TÜBİSAD sədri: Türkiyə və Azərbaycan texnologiya sahəsində birgə ekosistem yaratmalıdır

Yeni təmir olunmuş bağçaya elektron qeydiyyat başlanıb

BDU-da elmi seminar: Quran dilinin özünəməxsus tərkibləri

Nazir: İşğaldan azad edilmiş ərazilərdə yeni mədəniyyət ocaqlarının yaradılması əsas prioritetlər sırasındadır VİDEO

Nazir: İşğaldan azad edilmiş ərazilərdə yeni mədəniyyət ocaqlarının yaradılması əsas prioritetlər sırasındadır VİDEO

DİN vətəndaşları qadınlara qarşı zorakılığa biganə qalmamağa çağırır VİDEO

DİN vətəndaşları qadınlara qarşı zorakılığa biganə qalmamağa çağırır VİDEO

UNICEF: Dünyada 200 milyondan çox uşaq humanitar yardıma möhtacdır

Azərbaycan və Türkiyə arasında innovasiya sahəsində əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalanıb VİDEO

Azərbaycan və Türkiyə arasında innovasiya sahəsində əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalanıb VİDEO

Prezidentin sosial media hesabında ABŞ-ın Vitse-prezidenti ilə görüşü barədə videoçarx paylaşılıb VİDEO

Prezidentin sosial media hesabında ABŞ-ın Vitse-prezidenti ilə görüşü barədə videoçarx paylaşılıb VİDEO

Nazir müavini: Azərbaycanda kağızsız hökumət modelinə keçid il ərzində 5700 ağacın kəsilməsinin qarşısını alır VİDEO

Nazir müavini: Azərbaycanda kağızsız hökumət modelinə keçid il ərzində 5700 ağacın kəsilməsinin qarşısını alır VİDEO

Mədəniyyət naziri: Mədəniyyət müəssisələrinə ziyarətçi sayında müsbət artım dinamikası müşahidə olunur

Səfir: Türkiyə-Azərbaycan münasibətləri Cənubi Qafqazda daha geniş iqtisadi inteqrasiyaya zəmin yaradır

“Kəpəz”in heç-heçəsiz oyunlar seriyası qırılıb

Bakıda keçirilən məhkəmə prosesi münaqişələrin ədalətli həlli baxımından nümunədir- ŞƏRH

Prezident: Son dövrdə Azərbaycan-İran münasibətlərinin dinamikasının artması məmnunluq doğurur

Nazirlik: Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi həyata keçirilir

İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məsud Pezeşkiana

Naxçıvan Sənaye Parkının təqdim etdiyi biznes imkanları sahibkarların diqqətinə çatdırılıb

Nazir müavini: Azərbaycan və Türkiyə arasında elektron imzaların tanınması başa çatdırılıb VİDEO

Nazir müavini: Azərbaycan və Türkiyə arasında elektron imzaların tanınması başa çatdırılıb VİDEO

Salyanda mikroavtobusla minik avtomobili toqquşub VİDEO

Salyanda mikroavtobusla minik avtomobili toqquşub VİDEO

Adil Kərimli: Mədəniyyət günləri ölkələr arasında ikitərəfli əlaqələrin gücləndirilməsinə mühüm töhfə verir VİDEO

Adil Kərimli: Mədəniyyət günləri ölkələr arasında ikitərəfli əlaqələrin gücləndirilməsinə mühüm töhfə verir VİDEO

Bakıda Azərbaycan-Türkiyə İKT Biznes Forumu keçirilir VİDEO

Bakıda Azərbaycan-Türkiyə İKT Biznes Forumu keçirilir VİDEO

Bakı-Şamaxı, Muğanlı-İsmayıllı avtomobil yollarında və Ağsu aşırımında gücləndirilmiş rejimdə xidmət aparılır

BMT artan qlobal sosial gərginlik və bərabərsizliklə bağlı xəbərdarlıq edib