REGİONLAR
Şərurlu sahibkar təsərrüfatında 20 mindən çox meyvə tingi əkib
Şərur, 29 noyabr, AZƏRTAC
Son illər yeni meyvə bağlarının salınması istiqamətində aparılan ardıcıl tədbirlər Naxçıvanda tingçiliyə marağı artırıb. Bu səbəbdən muxtar respublikanın Şərur rayonunda fərdi tingçilik təsərrüfatlarının sayı gündən-günə artır.
AZƏRTAC xəbər verir ki, rayondakı Cəlilkənddə yaşayan Ədalət Quliyev geniş tingçilik təsərrüfatı yaradıb. O, icarəyə götürdüyü 1 hektarlıq ərazidə müxtəlif növ meyvə tingləri yetişdirir.
Bu işdən yaxşı gəlir əldə edən Ədalət Quliyev deyir ki, bağda 20 mindən çox ərik, gilas, badam, armud və başqa meyvə tingləri əkib. Tinglərin qiyməti 1-5 manat arasında dəyişir.
Sahibkar məhsuldar və keyfiyyətli meyvə sortlarını toxum üsulu ilə artırır. Daha çox yerli şəraitə uyğun növlərin çoxaldılmasına üstünlük verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]