İDMAN


Serxio Buskets “Barselona”da ən çox oyun keçirən futbolçular sırasına daxil olub

Bakı, 7 yanvar, AZƏRTAC

Serxio Buskets “Barselona” tarixində ən çox oyun keçirən futbolçular sırasına daxil olub.

AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin aktivində 406 oyun var. O, bu nəticə ilə ilk onluğu qapayır. Komandanın heyətində ilk dəfə 2008-ci ildə debüt edən S.Buskets İspaniya çempionatında 261, Çempionlar Liqasında 81 dəfə forma geyinib. İspaniyalı Kataloniya təmsilçisi ilə birgə klub səviyyəsində 24 kuboku başı üzərinə qaldırıb.

Klub tarixində ən çox forma geyinmiş futbolçu isə Xavi Hernandezdir. “El maestro”nun hesabında 767 oyun var. İkinci yerdə 607 oyunla Andres İnyesta, üçüncü pillədə isə 593 matçla Karles Puyol qərarlaşıb. “Katalon”ların heyətində 552 dəfə meydana çıxan argentinalı ulduz Lionel Messi isə siyahıda dördüncüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.