ELM VƏ TƏHSİL


“Səs tələffüzü qüsurlarının korreksiyası”  təliminə qeydiyyat başlayıb

Bakı, 6 iyul, AZƏRTAC

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) və Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin (TTM) birgə təşkilatçılığı ilə “Səs tələffüzü qüsurlarının korreksiyası” mövzusunda təlimlər keçiriləcək.

TİPİİ-dən AZƏRTAC-a bildiriblər ki, təlimlər məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri, yardımçı məktəblərin müəllimləri və tərbiyəçiləri, ibtidai sinif müəllimləri, korreksion pedaqogika fakültəsinin tələbələri üçün nəzərdə tutulub. Təlimlər nəzəri biliklərlə yanaşı, praktik bacarıqların formalaşması istiqamətində aparılacaq.

TTM-də təşkil olunacaq təlimlərdə iştirak etmək istəyənlər iyunun 9-u saat 12:00-dək qeydiyyat formasını doldurmalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.