MƏDƏNİYYƏT


“Səsini unutma” mövsümün sonuncu  tamaşası olacaq

Bakı, 30 iyun, AZƏRTAC

Azərbaycan Dövlət “Yuğ” Teatrı mövsümə iyulun 13-də “Səsini unutma” adlı səhnə əsəri ilə yekun vuracaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, yazıçı Kamal Abdullanın “Bir, iki bizimki” pyesi əsasında hazırlanan tamaşa sənət ocağının repertuarında yeni tamaşalardandır. Rejissor Gümrah Ömərin quruluşunda təqdim ediləcək səhnə əsərinin quruluşçu rəssamı Rəşid Şerif, musiqi tərtibatçısı Amid Qasımovdur.

Tamaşada rolları Əməkdar artistlər Məmmədsəfa Qasımov, Amid Qasımov və Ləman Novruzova ifa edəcək. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş ediləcək səhnə əsərinin xronometrajı 70 dəqiqə olacaq.

Tamaşanın məğzi belədir: İki dünya arasındakı sahibsiz bir məkana düşmüş qəhrəman vəfat etmiş qadını ilə ünsiyyətə girir. Qəhrəman sadəlövhcəsinə elə vəziyyətlər yaradır ki, sonradan özü onu fani dünyaya bağlayan hər şeydən qaçılmaz şəkildə imtina etməli olur. Əbədiyyətin Elçisi – sevimli qadın səbirlə, lakin güzəştsiz olaraq öz opponentinə “kömək” edir, təkəbbür və iltifatla onun hiylələrinə göz yumur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.