İQTİSADİYYAT


Səudiyyə Ərəbistanı: 2020-ci ilə qədər neft təklifində çətinliklər olacaq

Bakı, 23 yanvar, Nihad Budaqov, AZƏRTAC 

Neftin qiyməti hazırda yaxşı səviyyədədir. Lakin yaxın gələcəkdə investisiya qoyuluşu ilə bağlı narahatlıq var. Belə getsə 2020-ci ilə qədər neft təklifində çətinliklər olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika naziri Xalid al-Falih deyib.

“Son bir neçə ildir ki, neftin qiymətinin hazırkı səviyyəsı və aşağı qiymətə olması kifayət qədər investisiya cəlb etmir. Lakin tələbatın artdığını görürük. Tələbat artımı və investisiya azlığı ilə əlaqədar neft sarıdan korluq yarana bilər. İnvestisiya qoyuluşu labüddür”, - deyə nazir qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.