İQTİSADİYYAT


Səudiyyə Ərəbistanı: Bir çox ölkə OPEC-in hasilatı azaltmaqla bağlı təşəbbüsünə qoşulmağa səy göstərir

A+ A

Bakı, 19 oktyabr, Nihad Budaqov, AZƏRTAC

Bir çox ölkə neftin qiymətinin yaxşılaşmasını zəmanət altına almaq üçün Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) hasilatı azaltmaqla bağlı təşəbbüsünə qoşulmağa səy göstərir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının sənaye və təbii ehtiyatlar naziri Xalid əl-Falih deyib. Ölkələrin adını çəkməyən nazir həmin ölkələrlə danışıqların OPEC-in noyabrın 30-da Vyanada keçiriləcək yığıncağına qədər davam edəcəyini qeyd edib.

Xatırladaq ki, qeyri-OPEC ölkələrindən hələ ki, təkcə Rusiya neft istehsalının məhdudlaşdırılması və ya azaldılmasını nəzərdən keçirəcəyini bildirib. Əvvəllər hasilatı azaltmaqla bağlı OPEC-lə əməkdaşlıq edən Meksika və Norveç isə budəfəki təşəbbüsə qoşulmayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.