DÜNYA


Səudiyyə Ərəbistanı Kralının dəftərxanası Əl-Əqsa məscidi ətrafında baş verən hadisələrlə bağlı bəyanat yayıb

Bakı, 27 iyul, AZƏRTAC

İyulun 27-də İsrail Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidi rayonunda təhlükəsizlik tədbirlərinin ləğv olunduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanı Kralının dəftərxanası bununla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: İki Müqəddəs Məscidin Xadimi Kral Salman bin Əbdüləziz Al Səudla bir neçə dünya ölkələri liderinin Əl-Əqsa məscidi ətrafında yaranmış vəziyyətin nizama salınması istiqamətində göstərdikləri səylər uğurla nəticələnib. Ötən müddətdə İki Müqəddəs Məscidin Xadimi Kral Salman bin Əbdüləziz Al Səud yaranmış böhranın aradan qaldırılması məqsədilə bir neçə dövlətin rəhbərləri ilə telefon danışıqları aparıb. Həmçinin Səudiyyə Ərəbistanı Krallığının Hökuməti Amerika Birləşmiş Ştatları Hökuməti ilə təmaslar qurub, müsəlmanların Əl-Əqsa məscidində dini ayinləri icra etmələrinə maneçilik törədilməməsi, məscidə daxil olmalarına qoyulan məhdudiyyətlərin ləğv edilməsi ilə bağlı səylər göstərib.

Bəyanatda belə bir əminlik ifadə olunur ki, atılan addımlar dindarların öz ibadətlərini sakit və arxayın şəraitdə davam etdirmələrinə, qarşılıqlı hörmət və təhlükəsizliyin qorunmasına imkan yaradacaq.

Səudiyyə Ərəbistanı Krallığı müsəlmanların müqəddəs Əl-Əqsa məscidi üzərindəki haqlarını, orada tam maneəsiz və arxayın şəkildə ibadət etmək hüquqlarını vurğulayır. İki Müqəddəs Məscidin Xadimi Kral Salman bin Əbdüləziz Al Səud müqəddəs Əl-Əqsa məscidi və onun ətrafında sakitliyin bərpa edilməsinin və o yerin müqəddəsliyinə hörmət olunmasının vacibliyini qeyd edərək bildirir ki, bu gündən müsəlmanlar məscidə qayıtmalı, öz ibadətlərini orada tam arxayın və əmin-amanlıq şəraitində yerinə yetirməlidirlər. Səudiyyə Ərəbistanı Krallığı, həmçinin Fələstin problemi ilə bağlı Ərəb Sülh Təşəbbüsü, “iki dövlət həll planı” və müvafiq beynəlxalq qərarlara uyğun olaraq ədalətli və hərtərəfli sülhün əldə edilməsinin əhəmiyyətini diqqətə çatdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.