İQTİSADİYYAT


Səudiyyə Ərəbistanı: Neft bazarı istehsalın azaldılması razılaşması olmasa da tarazlaşacaq

A+ A

Bakı, 29 noyabr, Nihad Budaqov, AZƏRTAC 

Neft bazarı istehsalçı ölkələrin hasilata müdaxiləsi olmasa belə 2017-ci ildə özü-özünü tarazlaşdıracaq.

AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanının sənaye və təbii ehtiyatlar naziri Xalid əl-Falih bu fikirdədir. Nazir buna görə də neft istehsalının cari səviyyələrdə davam etdirilməsini mümkün hal hesab edir.

Səudiyyə Ərəbistanının sentyabrın sonunda Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzrə Əlcəzairdə əldə edilən razılaşmaya sadiq olduğunu bildirən Xalid əl-Falih deyib: “2017-ci ildə neft tələbatı səviyyəsinin artacağını gözləyirik və bazarın OPEC-in hər hansı bir müdaxiləsi olmasa belə gələn il tarazlaşacağını düşünürük. Lakin OPEC-in müdaxiləsi bu prosesi və bazarın tarazlanmasını daha da sürətləndirəcək.”.

Nazir Səudiyyə Ərəbistanının xam neftinə tələbatın hələ çox və davamlı olduğunu deyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.