İQTİSADİYYAT


Səudiyyə Ərəbistanı bazardakı neft hasilatı tutumunu artırmayacaq

A+ A

Bakı, 1 sentyabr, Nihad Budaqov, AZƏRTAC

Dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanı bazardakı neft istehsalı tutumunu artırmayacaq və bazarı böyük həcmdə neft ilə qarşı-qarşıya qoymayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının neft naziri Xalid əl-Falih “Al-Arabiya” telekanalına müsahibəsində deyib. Nazir Səudiyyə Ərəbistanının ucuzlaşan neft qiymətlərinə və yavaşlayan iqtisadiyyata qarşı qlobal tələbə bağlı bir narahatlıq yaratmadığını deyib. Ölkə gündəlik 12,5 milyon barrel neft hasil edə bilər.

Qeyd edək ki, OPEC-ə üzv və digər böyük neft istehsalçısı ölkələrin nümayəndələrinin sentyabrın 26-28-də Əlcəzairdə keçiriləcək Beynəlxalq Enerji Forumu çərçivəsində danışıqlar aparması gözlənilir. Danışıqlarda neftin hasilat miqdarının “dondurulması”nın əsas müzakirə mövzusu olacağı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.