İQTİSADİYYAT


Səudiyyə Ərəbistanı neft satışının həcmini azaldacaq

Bakı, 9 dekabr, Nihad Budaqov, AZƏRTAC

Səudiyyə Ərəbistanı gələn ilin yanvarından neft satışının həcmini azaldacaq.

AZƏRTAC “reuters.com”a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı bu addımı Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) hasilatı azaltmaq qərarını icra etmək üçün atıb. Səudiyyə Ərəbistanı artıq bununla bağlı öz müştərilərini məlumatlandırıb.

Xatırladaq ki, ötən ay OPEC neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması üzrə qərar qəbul edib. Bu qərar 2017-ci ilin yanvarından tətbiq ediləcək və 6 ay ərzində qüvvədə olacaq. OPEC üzrə ən çox neft hasilatını isə Səudiyyə Ərəbistanı azaldacaq. Bu ölkə neft istehsalını gündəlik 486 barrel azaldacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.