DÜNYA
Səudiyyə Ərəbistanı pul köçürmələrindən vergi tutmayacaq
Bakı, 28 mart, AZƏRTAC
Səudiyyə Ərəbistanı hökuməti əcnəbi vətəndaşların pul köçürmələrindən 6 faizlik vergi tutulmasını planlaşdırmır.
AZƏRTAC “vergilər.az” saytına istinadla bildirir ki, bu barədə ölkənin maliyyə naziri öz “twitter” səhifəsində yazıb.
“Ölkəmiz dünyada baş verən təmayüllərə uyğun olaraq kapitalın sərbəst hərəkəti prinsipinə əməl etməyi arzulayır”, - deyə hökumət rəsmisi qeyd edib.
Bu məlumat yerli kütləvi informasiya vasitələrində pul köçürmələrindən vergi tutulacağı barədə müzakirələrə cavab olaraq verilib.
İlin ikinci yarısından isə ölkə vətəndaşları ilə müqayisədə əcnəbi işçilərin daha çox çalışdığı şirkətlərdən tutulan vergilərə yenidən baxılacaq. Bundan əlavə, hökumət tərkibində şəkər olan qazlı içkilərə 50 faizlik, tütün məhsullarına isə 100 faizlik aksiz tətbiq etməyə başlayıb.
Hesablamalara görə, bu tədbirlərin görülməsi ölkə büdcəsinə bu il 11 milyard, 2020-ci ilədək isə hər il 35 milyard dollardan artıq vəsait gətirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]