DÜNYA


Səudiyyə Ərəbistanı xarici investorlara səhm alışında iştiraka icazə verib

A+ A

Bakı, 19 avqust, Nihad Budaqov, AZƏRTAC

Yanvar ayından etibarən Körfəzin ən böyük birjasına sahib olan Səudiyyə Ərəbistanı Krallığında xarici investorların birjada səhm alışında iştirakına icazə verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Sərmayə Bazarı Təşkilatı məlumat yayıb. Bildirilir ki, 2017-ci il yanvarın 1-də tətbiq olunacaq yeni qaydalar xarici investorlar üçün səhm alışında iştiraka sərbəstlik verəcək.

Qeyd edək ki, 2017-ci ildə Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun səhmlərinin 5 faizdən az hissəsinin satışa çıxarılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.