CƏMİYYƏT


Səudiyyə Ərəbistanında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin birinci nazirlər konfransı keçiriləcək

Bakı, 6 fevral, AZƏRTAC 

Fevralın 8-9-da Səudiyyə Ərəbistan Krallığının Ciddə şəhərində “Evlilik, ailə institutu və bu dəyərlərin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) dövlətlərində qorunması”na həsr olunmuş İƏT-ə üzv dövlətlərin birinci Nazirlər Konfransı keçiriləcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, konfransda komitənin sədri Hicran Hüseynova iştirak edəcək. Tədbirdə islam dəyərləri, islamda qadın hüquqlarının qorunması, ərəb, Asiya, Afrika ölkələrində nikah və ailə institutunun üzləşdiyi problemlər və onların həlli müzakirə ediləcək, bu mövzular üzrə təqdimatlar keçiriləcək. Konfransın yekununda bir sıra mühüm sənədlərin imzalanması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.