SİYASƏT


Səudiyyə Ərəbistanının Şahzadəsi: Bu Forum dünyada sülh və sabitliyə mühüm töhfələr verəcək

Bakı, 16 mart, AZƏRTAC 

Beşinci Qlobal Bakı Forumu sülh və sabitlik üçün dünyaya mühüm töhfələr verəcək. Bu mötəbər tədbir, eyni zamanda, dünyanın müxtəlif ölkələrindən nüfuzlu şəxsləri bir araya toplayaraq həlli vacib məsələlərin müzakirəsi üçün gözəl imkanlar yaradır.

Bu fikirləri jurnalistlərə müsahibəsində Beşinci Qlobal Bakı Forumunda iştirak edən Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal səsləndirib.

Dialoq, müzakirə və debatların Azərbaycan üçün gələcəkdə daha səmərəli, faydalı əməkdaşlığa şərait yaradacağını bildirən Turki əl-Faysal forumun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə, sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfələr verəcəyini vurğulayaraq deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın dünyanın nüfuzlu siyasətçilərini və dövlət xadimlərini vacib məsələlərin müzakirəsi üçün bir araya gətirən bu təşəbbüsü olduqca əhəmiyyətlidir. Bu, Forumun qarşıya qoyulan hədəflərə nail olduğunu bir daha göstərir. Ölkələrimiz bir-biri ilə müxtəlif sahələrdə sıx əməkdaşlıq edir. Lakin gələcəkdə biz əlaqələrimizi daha da gücləndirməliyik”.

Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.