İDMAN


Səudiyyə Ərəbistanının kişi həndbolçuları finalda rəqiblərini gözləyirlər

Bakı, 13 may, G.Mahmudlu, B.Vəliyev, AZƏRTAC

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında kişi həndbolçular arasında ilk yarımfinal qarşılaşmasında Səudiyyə Ərəbistanı və İraq yığmaları üz-üzə gəliblər.

AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma Səudiyyə Ərəbistanı kollektivinin 28:24 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Səudiyyə Ərəbistanı komandası finala yüksəlib. İraq həndbolçuları isə bürünc medallar uğrunda yarışacaqlar.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən oyunu fransalı hakimlər briqadası idarə edib.

Kişilərin həndbol yarışında digər finalçı isə Əlcəzair-Türkiyə matçından sonra məlum olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.