İDMAN


Səudiyyə Ərəbistanının kişi həndbolçuları qızıl medala sahib olublar

Bakı, 14 may, G.Mahmudlu, B.Vəliyev, AZƏRTAC 

Mayın 14-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında kişi həndbolçuların yarışının final qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən yarışda Türkiyə və Səudiyyə Ərəbistanı komandaları qarşılaşıblar. Həlledici görüşdə qalib gələn Səudiyyə Ərəbistanı yığması IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunun birinci hissəsində üstünlüyü əla alan Səudiyyə Ərəbistanı komandası qalib gəlib -12:10. Görüşün ikinci hissəsini də qələbə (14:11) ilə başa vuran Səudiyyə Ərəbistanı yığması yekunda 26:21 hesabı ilə üstün olaraq qızıl medalları təmin edib.

Türkiyə həndbolçuları isə gümüş medalla kifayətlənməli olublar.

Qadınların yarışının finalında isə Azərbaycan və Türkiyə həndbolçuları qızıl medal uğrunda mübarizə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.