DÜNYA


Səudiyyə Ərəbistanının şahzadəsi Rusiyaya səfər edib

Moskva, 31 may, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin bu ölkədə səfərdə olan Səudiyyə Ərəbistanının şahzadəsi, müdafiə naziri Məhəmməd bin Salman Əl Saud ilə görüşüb. Görüşdə dünya neft bazarında vəziyyətin sabitləşdirilməsi, habelə Suriyada vəziyyət müzakirə olunub.

Rusiya Prezidenti V.Putin görüşdə qeyd edib ki, Moskva və Əl-Riyad arasında razılaşma dünya neft bazarında vəziyyətin sabitləşməsinə kömək edəcək. O, OPEK çərçivəsində fəaliyyətinə görə Səudiyyə Ərəbistanına təşəkkürünü bildirib. Rusiya liderinin sözlərinə görə, iki ölkə hərbi sahədə də uğurlu əməkdaşlıq edir, Suriyada yaranmış mürəkkəb vəziyyətin həlli istiqamətində birgə səy göstərirlər.

V.Putin Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Saudu Rusiyaya səfərə dəvət edib.

Məhəmməd bin Salman Əl Saud Rusiya ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. O qeyd edib ki, tərəflər neft bazarının və enerji daşıyıcılarının qiymətinin sabitləşməsi istiqamətində birgə fəaliyyətin möhkəm təməlini qoya biliblər.

Rusiya tərəfindən görüşdə xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, habelə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov iştirak ediblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.