DÜNYA


Səudiyyə həkimləri siam əkizlərini uğurla ayırıblar

A+ A

Ər-Riyad, 15 oktyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanında Eylan və Elin adlı siam əkizlərinin ayrılması üzrə unikal cərrahiyyə əməliyyatı uğurla başa çatıb.

Yerli KİV-lərin verdiyi məlumata görə, siam əkizlərini Ər-Riyad xəstəxanasında məşhur həkim Abdulla əl-Rəbiənin başçılıq etdiyi həkimlər briqadası ayırıb. Qeyd edilir ki, son dərəcə mürəkkəb, çoxmərhələli cərrahiyyə əməliyyatının uşaqlardan biri və ya hər ikisi üçün letal nəticə ilə başa çatması riski səksən faiz olub, lakin Səudiyyə həkimlərinin yüksək peşəkarlığı sayəsində indi Eylan və Elinin səhhəti üçün təhlükə sovuşub. Həkimlər körpələrin ortaq qaraciyərini, qarın divarcığını və döşün aşağı hissəsini bölməli olublar.

KİV-lərdə xüsusi qeyd edilir ki, krallıqda bu cür əməliyyat 41-ci dəfə aparılıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.