İQTİSADİYYAT
Səudiyyəli nazir: Neftin hasilat miqdarının “dondurulması” müsbət nəticələr verə bilər
Bakı, 26 avqust, Nihad Budaqov, AZƏRTAC
Neftin hasilat miqdarının “dondurulması” müsbət nəticələr verə bilər.
AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanının neft naziri Xalid əl-Falih bu fikirdədir. Nazir neftin istehsal miqdarının “dondurulması”nın reallaşacağı təqdirdə müsbət nəticələrin əldə olunacağı qənaətindədir.
Qeyd edək ki, avqustun 25-də İran İslam Respublikasının neft naziri Bijən Namdar Zəngənə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin nümayəndələrinin Əlcəzairdə keçiriləcək toplantısında iştirak edəcəyini açıqlayan son OPEC ölkəsi rəsmisi olub.
OPEC-ə üzv və digər böyük neft istehsalçısı ölkələrin nümayəndələrinin sentyabrın 26-28-də Əlcəzairdə keçiriləcək Beynəlxalq Enerji Forumu çərçivəsində danışıqlar aparması gözlənilir. Danışıqlarda neftin hasilat miqdarının “dondurulması”nın əsas müzakirə mövzusu olacağı bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]