İQTİSADİYYAT


Səudiyyəli nazir məşhur hedcinq fondları ilə qlobal neft bazarındakı vəziyyəti müzakirə edib

Bakı, 5 avqust, AZƏRTAC

Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih iyulda dünyanın ən əsas hedcinq fondları ilə görüşlər keçirib.

AZƏRTAC “bloomberght.com” istinadla xəbər verir ki, nazir ötən ay məşhur hedcinq fondlarından bəziləri ilə görüşərək bazarın vəziyyətinə dair investorların fikirləri barədə maraqlanıb. Görüşlərdə dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı investorların qlobal neft bazarındakı rolunu yenidən nəzərdən keçirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı daha əvvəllər hedcinq fondlarını Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) bazarda sabitliyin təmin olunmasına dair səylərinə mənfi təsir edən qurumlar kimi qiymətləndirərək pisləmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.