CƏMİYYƏT


Seul Beynəlxalq Qadın Assosiasiyasının üzvləri Azərbaycan haqqında məlumatlandırılıb

A+ A

Seul, 30 sentyabr, AZƏRTAC

Azərbaycanın Koreya Respublikasındakı səfirliyində Seul Beynəlxalq Qadın Assosiasiyasının üzvlərinin iştirakı ilə mədəni əlaqələrə dair tədbir keçirilib.

Səfir Rəmzi Teymurov qonaqlara ölkəmiz haqqında, habelə Azərbaycan-Koreya ikitərəfli əlaqələri barədə məlumat verib.

Sonra Azərbaycanın tarixi, coğrafi mövqeyi, mədəniyyəti, turizm potensialı, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair təqdimat olub, ölkəmiz barədə video nümayiş etdirilib, assosiasiyanın üzvlərini maraqlandıran suallar cavablandırılıb.

Qonaqlar Azərbaycanın milli şirniyyatları olan şəkərbura və paxlavanın, ölkəmizdə istehsal olunmuş meyvə şirələrinin dadına baxıblar. Onlara Azərbaycan tarixi, mədəniyyəti və turizmi barədə broşürlər paylanılıb.

Tədbirdə assosiasiyanın Koreya, Çin, ABŞ, Kanada, Belçika, Hindistandan olan 30 nümayəndəsi iştirak edib.

Koreyada fəaliyyət göstərən və müxtəlif ölkələrdən olan qadınların bir-birinin mədəniyyətini öyrənməsi və mədəni əlaqələrin qurulması məqsədilə 1962-ci ildə yaradılan Seul Beynəlxalq Qadın Assosiasiyasında 40 dövlətdən 400-ə yaxın qadın qeydiyyatdan keçib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Seul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.