DÜNYA
Seulda sərxoş adamın od vurduğu moteldə 5 nəfər ölüb
Bakı, 20 yanvar, AZƏRTAC
Cənubi Koreyanın paytaxtı Seulun mərkəzi hissəsindəki moteldə baş verən yanğında 5 nəfər ölüb, ikisi ağır vəziyyətdə olmaqla 4 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, ikimərtəbəli binada yanğın gecə saat 3 radələrində başlayıb. Şahidlərin ifadələrinə əsaslanan polis motelin yaxınlığındakı restoranın işçisini şübhəli şəxs qismində saxlayıb. İlkin dindirmə zamanı müəyyən edilib ki, həmin şəxs yaxınlıqdakı qaz stansiyasından 10 litr maye qaz alaraq moteli yandırıb. Buna səbəb isə sərxoş vəziyyətdə olduğuna görə ona moteldə gecələmək üçün yer verilməməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]