DÜNYA


Seulun mərkəzində təkrar emal edilmiş materiallardan pavilyon tikilib

A+ A

Bakı, 26 avqust, AZƏRTAC 

Koreya Respublikasında “Shinslab Architecture” memarlıq şirkətinin layihəsi ilə tikilən müasir incəsənət pavilyonu Seulun mərkəzində yerləşir.

AZƏRTAC “Arxinovosti” saytına istinadla bildirir ki, pavilyonun inşasında təkrar emal edilmiş materiallardan istifadə olunub. Layihə müəlliflərinin əsas məqsədlərindən biri də işlənmiş materiallara yeni həyat vermək olub.

Beləliklə də, üstdən baxanda köhnə gəmini xatırladan pavilyona insanlara xidmət etmək üçün daha bir şans verilib.

Pavilyon Seulun mərkəzində payızadək qalacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.