İDMAN


“Sevilya” klubu “Lill”in müdafiəçisini transfer edib

Bakı, 14 iyul, AZƏRTAC

“Sevilya” klubu Fransanın “Lill” komandasının futbolçusu Sebastian Korçianı transfer edib.

AZƏRTAC xəbər verir ki, İspaniya klubunun rəsmi saytının yaydığı xəbərə görə, 26 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

“Sevilya”nın bu transfer üçün qarşı tərəfə 5 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, S.Korçia ötən mövsüm “Lill”in heyətində 42 oyuna çıxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.