DÜNYA


Səyahət bərəsində baş verən yanğın nəticəsində 150 nəfər xəsarət alıb

A+ A

Bakı, 19 avqust, AZƏRTAC

Karib dənizində Birləşmiş Ştatlarla assosiasiya olunan Puerto-Riko ada dövlətinin sahilləri yaxınlığında “Caribbean Fantasy” səyahət bərəsində yanğın baş verib. Hadisə nəticəsində 150 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, yanğın mühərrik bölməsində yanacaq şlanqının cırılaraq yanması ilə başlayıb. Sonradan alov 170 metrlik bərənin digər hissələrinə yayılıb. Nəticədə gəmi sahildən təxminən 730 metr məsafədə saya oturub. Aralarında sərnişinlərin və heyət üzvlərinin olduğu 500 nəfərdən çox insan xilasedici gəmi və xüsusi qayıqlar vasitəsilə təxliyə edilib.

İnsidentin baş verdiyi əraziyə yaxın olan San-Xuan şəhərində yaralılara yardım göstərmək məqsədi ilə mobil tibb məntəqələri yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.