SİYASƏT


Seyid Abrar Hüseyin: Azərbaycan torpaqlarını  işğal etdiyinə görə Pakistan bu günədək  Ermənistanı bir dövlət kimi tanımayıb

İslamabad, 4 iyul, AZƏRTAC

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Xarici İşlər Nazirliyinin yeni təyin olunmuş xüsusi katibi Seyid Abrar Hüseyin ilə görüşüb.

Xüsusi katibi təyinatı münasibətilə təbrik edən səfir Azərbaycanın Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, bir çox oxşarlıqlara və dəyərlərə malik hər iki ölkənin bir-birini daim dəstəklədiyini bildirib.

Pakistanla bütün sahələrdə əlaqələrin inkişafının məmnunluq doğurduğunu deyən diplomat Ermənistanın Azərbaycana təcavüzünə qarşı Pakistanın ədalətli mövqeyinin yüksək qiymətləndirildiyini bildirib.

Azərbaycanın Pakistan üçün qardaş ölkə olduğunu vurğulayan Seyid Abrar Hüseyin Azərbaycan torpaqlarını işğal etdiyinə görə Pakistanın bu günədək Ermənistanı bir dövlət kimi tanımadığını bildirib. Qeyd edilib ki, Azərbaycan və Pakistan daim bir-birilərini dəstəkləyir və bu, davam edəcək.

Görüşdə, həmçinin ticarət-iqtisadi sahədə əlaqələrin gücləndirilməsi istiqamətində görülən işlər, qarşılıqlı səfərlərin təşkili, iki ölkənin şəhər və regionları arasında münasibətlərin genişləndirilməsi perspektivləri, xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin davam etdirilməsi, müqavilə-hüquq bazasının artırılması və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.