ELM VƏ TEXNOLOGİYA


Seysmoloji Xidmət Mərkəzi ilə “Kinemetriks” şirkəti arasında əməkdaşlığa dair müzakirələr aparılıb

A+ A

Bakı, 25 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ölkəmizdə səfərdə olan, ABŞ-ın “Kinemetriks” şirkətinin prezidenti Ogie Kuraica ilə görüşüb.

RSXM-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə mərkəz ilə “Kinemetrks” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Səfərin məqsədi mərkəzdə fəaliyyət göstərən mütəxəssislər üçün seysmoloji materialların müasir üsullarla emalına dair müasir proqramların tətbiqi ilə bağlı təlim keçmək, eləcə də yerli mütəxəssislərlə birgə RSXM-nin Naxçıvan Məlumat Mərkəzinin yaradılmasında iştirak etməkdir.

Qeyd edək ki, Naxçıvanda yaradılacaq Məlumat Mərkəzində muxtar respublikada qeydə alınan zəlzələlərə dair məlumatların emalı və aparılan seysmoloji tədqiqat işlərinin genişləndirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.