ELM VƏ TƏHSİL


“Şeyx əs-Siləfi və Azərbaycan” monoqrafiyası çapdan çıxıb

Bakı, 4 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi direktorunun elmi işlər üzrə müavini, tarix elmləri doktoru Nərgiz Əliyevanın “Şeyx əs-Siləfi və Azərbaycan” monoqrafiyası nəşr olunub.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, nəşrdə XII əsrdə Azərbaycanda olmuş sufi alim və səyyah, Şeyx əs-Siləfinin “Mucəm əs-Səfər” əsəri əsasında ölkənin mədəni həyatı tədqiq edilir. Monoqrafiyada Azərbaycan mənşəli 117 din alimi, sufi şeyx və ədibi haqqında məlumat verilir.

Əsər görkəmli Azərbaycan ziyalılarının tanıdılması və ölkəmizin digər İslam ölkələri ilə elmi-ədəbi əlaqələrini öyrənmək baxımından qiymətli tədqiqatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.