CƏMİYYƏT


Şeyxülislam Allahşükür Paşazadə: Din xadimləri ilə görüşlər dostluq münasibətlərinə müsbət təsir göstərəcək VİDEO

A+ A

Bakı, 1 dekabr, AZƏRTAC 

Azərbaycan, Rusiya və İranın din xadimləri ilə keçirilən görüşlər gələcəkdə qonşuluq, dostluq, qardaşlıq münasibətlərinə müsbət təsir göstərəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 1-də Bakıda “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində jurnalistlərə müsahibə verən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib. O, beynəlxalq konfransın əhəmiyyətindən danışaraq bildirib ki, tədbir dünyada irqi, milli, etnik və digər zəmində baş verən qarşıdurmalar fonunda Qafqazda sülhə və onun qorunmasına xidmət edir. “Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması üçün Qafqaz Ali Dini Şurası yaradılıb. Bu, Qafqaz xalqları üçün mühüm əhəmiyyət daşıyır və onun sayəsində biz bir-birimizə kömək edir, problemləri qarşılıqlı şəkildə həll edə bilirik”, – deyə şeyxülislam bildirib.

Qafqaz Ali Dini Şurasının müxtəlif dinlərə mənsub insanlara kömək göstərdiyini, onların sərbəst, rahat yaşamaları üçün müəyyən işlərin görüldüyünü qeyd edən şeyxülislam deyib: “Mən tez-tez Qafqaz ölkələrində oluram və orada insanların çətinlikləri ilə rastlaşıram. Biz bu çətinlikləri aradan qaldırmaq üçün onlara kömək göstəririk, həmçinin onların bəzi məsələlərini Azərbaycanda həll etməyə çalışırıq və həmin proses bu gün də davam edir”.

Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirib ki, bu gün artıq Şimali Qafqazda münaqişələr, qarşıdurmalar yoxdur. Bu, onun nəticəsidir ki, Qafqaz Ali Dini Şurası, bu konfransda iştirak edən din xadimləri çox böyük işlər görüblər. Rusiya Prezidenti Vladimir Putin hakimiyyətə gəldikdən sonra Qafqazda dəyişikliklər baş verib. Qafqaza olan münasibətlər dəyişib, sakitlik, sabitlik yaranıb, hazırda da bu sabitlik davam edir. Qafqaz bu gün Azərbaycanla birlikdə çiçəklənir, inkişaf edir. Azərbaycan dövləti də buna çox böyük əhəmiyyət verir. Ulu öndər Heydər Əliyev Qafqaz Ali Dini Şurasına xüsusi önəm verirdi. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev də bu quruma çox böyük diqqət göstərir, Ümummilli Liderin müdrik siyasətini uğurla davam etdirir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.