REGİONLAR


Səyyar “ASAN xidmət” Qaxda VİDEO

A+ A

Qax, 22 avqust, Mustafa Dadaşov, AZƏRTAC

“ASAN xidmət”in müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobusu Balakən və Zaqatala rayonlarından sonra avqustun 22-dən başlayaraq Qax rayonunda sakinlərə səyyar xidmət göstərir.

AZƏRTAC xəbər verir ki, əhaliyə səyyar xidmətlərin göstərilməsi üçün Qax şəhərinin mərkəzində, əhalinin gediş-gəlişinin sıx olduğu küçədə xüsusi yer ayrılıb. Burada xidmətlərin göstərilməsi üçün hər cür şərait yaradılıb. Sakinlər əvvəlcə məlumat bürosuna yaxınlaşır, sonra növbə əsasında avtobusa daxil olur, müraciətlərini edirlər.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bura notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı və digər xidmətlər daxildir.

“ASAN xidmət”in səyyar avtobusunun qrup rəhbəri Vüqar Cəfərovun bildirdiyinə görə, Balakən və Zaqatala rayonlarında göstərilən səyyar xidmət zamanı onlara, ümumilikdə, 8880 sakin müraciət edib.

“ASAN xidmət”in səyyar avtobusu Qaxda sentyabrın 6-dək xidmət göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.