REGİONLAR
Səyyar xidmət zamanı 200-ə yaxın vətəndaş sürücülük vəsiqəsini yeniləyib VİDEO
Quba, 7 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 7-də şimal rayonlarından olan 200 nəfərə yaxın vətəndaşın traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqələri yenisi ilə dəyişdirilib. Hər bir vəsiqənin dəyişdirilməsi banka rüsum ödəməklə ərizə əsasında cəmi 30 dəqiqəyə həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, sürücülük vəsiqələri Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin Qubada təşkil etdiyi səyyar xidmət çərçivəsində dəyişdirilib.
Müfəttişliyin rəisi Ağakişi Alıyev bildirib ki, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə əlaqədar müraciətlərin elektron qaydada qəbulu təmin edilib. Bu məqsədlə 8 bölgədə - Bərdə, Ağsu, Qazax, Şəki, Şirvan, Masallı, Qəbələ və Qubada səyyar xidmət qrupu yaradılıb.
Kənd təsərrüfatı sahəsində çalışan mexanizatorlara kömək məqsədi ilə Baş Dövlət Texniki Müfəttişliyi respublikanın digər bölgələrində də səyyar xidmətlərini davam etdirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub
- 28.03.2024 [08:00]