İDMAN
“Shamkir Chess 2016” super turnirinin bağlanış mərasimi olub
![](/files/galleryphoto/2016/2/1200x630/14651125173159557590_1200x630.jpg)
![](/files/galleryphoto/2016/2/1200x630/14651125171198460312_1200x630.jpg)
![](/files/galleryphoto/2016/2/1200x630/14651125175103314340_1200x630.jpg)
![](/files/galleryphoto/2016/2/1200x630/14651125173108715344_1200x630.jpg)
![](/files/galleryphoto/2016/2/1200x630/14651125172546038527_1200x630.jpg)
![](/files/galleryphoto/2016/2/1200x630/1465112517766136270_1200x630.jpg)
![](/files/galleryphoto/2016/2/1200x630/1465112517637144157_1200x630.jpg)
![](/files/galleryphoto/2016/2/1200x630/14651125171029864526_1200x630.jpg)
Şəmkir, 5 iyun, Samirə Allahverdiyeva, AZƏRTAC
Beynəlxalq qrossmeyster, Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2016” super turnirinin təntənəli bağlanış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Vüqar Həşimovun qardaşı Sərxan Həşimov çıxış edərək ardıcıl üçüncü il baş tutan yarışın təşkilatçılarına təşəkkür edib. O, turnirdə ədalətli oyun prinsipinə sadiq qaldığı üçün qadınlar arasında dünya çempionu Hou Yifana, Vüqar Həşimovun oyun üslubuna yaxın partiya sərgilədiyi üçün Şəhriyar Məmmədyarova, yüksək təşkilatçılığa görə “Synergy Group” ASC-nin İdarə Heyəti sədrinin müavini Fərid Hüseynova minnətdarlığını bildirib.
Sonra turnirin rəhbəri Fərid Hüseynov Şəhriyar Məmmədyarova “Shamkir Chess 2016”nın kubokunu təqdim edib.