DÜNYA


Siciliya boğazı zonasında 28 miqrantın cəsədi tapılıb

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

Siciliya boğazı zonasında Aralıq dənizi vasitəsilə Avropaya keçməyə cəhd göstərərkən həlak olmuş 28 miqrantın cəsədi tapılıb. Bu barədə məlumatı İtaliyanın sahil mühafizəsi xidməti yayıb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, ümumilikdə oktyabrın 4-də Roma sahil mühafizəsi operativ mərkəzinin koordinasiyası ilə aparılan 33 axtarış-xilasetmə əməliyyatının gedişində 27 rezin qayıqda və 6 kiçik gəmidə olan 4655 qeyri-leqal mühacir xilas edilib. Əməliyyatlarda İtaliya və İrlandiya hərbi dəniz qüvvələrinin, ЕС Frontex agentliyinin, habelə bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının gəmiləri iştirak edib. Bir gün əvvəl Siciliya boğazı zonasında daha 6 min mühacir xilas olunmuşdu.

Beynəlxalq Miqrasiya Təşkilatı oktyabrın 4-də yaydığı məlumatda bu il dəniz yolu ilə Avropaya keçməyə cəhd edən 3 min 502 nəfərin həlak olduğunu və ya itkin düşdüyünü bildirib.

Xatırladaq ki, ən böyük miqrant faciələrindən biri sentyabrın 21-də Aralıq dənizinin Misir sahilləri yaxınlığında yaşanıb. Qeyri-leqal mühacirləri daşıyan qayığın batması nəticəsində 200-dən çox insan həlak olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.