DÜNYA


Siciliya boğazında 200-dən çox miqrant həlak olub

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC 

Siciliya boğazında gəmi qəzası nəticəsində 200-dən çox qeyri-leqal miqrant həlak olub. Bu barədə “Əl-Ərəbiyyə” telekanalı BMT-yə istinadla məlum yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə dünən axşam Liviya sahilləri yaxınlığında baş verib. Sağ qalanların çoxunun Qvineyadan olduğu bildirilir.

İlin əvvəlindən indiyədək İtaliyaya əksəriyyəti Afrika ölkələrindən olmaqla, 155 min miqrant gəlib.

BMT-nin son məlumatına görə, bu ilin ötən dövründə Aralıq dənizində təxminən dörd min qaçqın həlak olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.