DÜNYA


Siciliyada narkomafiya ilə əlaqəli 26 nəfər həbs olunub

Bakı, 6 iyul, AZƏRTAC

İtaliya karabinyerləri iyulun 6-da səhər saatlarında Siciliyanın əhəmiyyətinə görə ikinci şəhəri Kataniyada narkotik vasitələrin ticarətini tam olaraq ələ keçirən güclü “Santapaola” qruplaşmasının 26 üzvünü həbs edib. Qanun keşikçiləri, həmçinin 100-dən çox ünvanda yoxlama aparıblar.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Kataniya prokurorluğunun məlumatına əsasən, həbs olunan şəxslərə mafiya fəaliyyəti ilə məşğul olma, narkotik vasitələrin ticarəti, qanunsuz silah saxlama, zorla pul tələb etmə və “çirkli” pulların yuyulması cinayətləri üzrə ittiham irəli sürülüb.

İyulun 4-də isə İtaliyanın güc strukturları bu qruplaşmaya qarşı irimiqyaslı əməliyyat keçirərək 54 nəfəri həbs edib. Həmin əməliyyat reketlə məşğul olan və çox sayda yerli biznesmeni qorxu altında saxlayan mütəşəkkil cinayətkar qruplaşma üzvlərinə qarşı aparılıb. Təkcə bu qruplaşma tərəfindən Kataniyada narkotik vasitələrin satışının aylıq dövriyyəsi 150 min avronu ötür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.