DÜNYA
Sidney Olimpiya parkında güclü yanğın baş verib
Tokio, 12 may, AZƏRTAC
News.com.au portalının yaydığı məlumata əsasən, Avstraliyanın Sidney şəhərinin Olimpiya parkında güclü yanğın baş verib. Həmin parkda 2000-ci ilin Yay Olimpiya Oyunları keçirilib.
Yerli yanğınsöndürmə xidmətinə daxil olan məlumata görə, “Monster Skatepark” meydançasında yanğın baş verməmişdən əvvəl güclü partlayış səsi eşidilib. Şahidlərdən birinin sözlərinə görə, qonşuluqdakı “Avstraliya” (ANZ Stadium) stadionunun damında çalışan işçilər meydançadakı gəncləri xilas etmək üçün ora tələsiblər. Yaxınlıqdakı idman meydançasındakı ziyarətçilər də təxliyə ediliblər.
Hadisə yerinə 80-dən çox yanğınsöndürən cəlb edilib və yanğın tezliklə söndürülüb.
Portalın məlumatına əsasən, yanğın nəticəsində bir nəfər xəsarət alıb. Digər zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]