DÜNYA
“Siemens” İranda neft-kimya kompleksi inşa edəcək
Bakı, 23 avqust, Nihad Budaqov, AZƏRTAC
Almaniyanın “Siemens AG” şirkəti İranda neft-kimya kompleksi inşa edəcək.
AZƏRTAC “Mehr” agentliyinə istinadla xəbər verir ki, İran ilə “Siemens” arasında neft-kimya sektorunda əməkdaşlıq üzrə danışıqlara başlanılıb. “Siemens” beynəlxalq sanksiyalar ləğv edilməsindən sonra İranın neft sənayesinə geri dönməyə hazırlaşır. Şirkət ilə İranın Neft-Kimya Şirkətlər Dərnəyi (APIC) arasında danışıqlar aparılıb. Bu danışıqlar qarşılıqlı əlaqələrin genişlənməsini, Almaniya şirkətinin İranın neft-kimya sənayesindəki texniki, idarəetmə sistemlərini avadanlıq və qurğularla təmin etməsini nəzərdə tutur.
Qeyd edək ki, İran indiyədək “Siemens”dən başqa neft-kimya sənayesinə investisiya qoyuluşu üçün Fransanın “Total”, Almaniyanın “BASF” və “Linde”, Yaponiyanın “Mitsubishi” şirkətləri ilə razılıq sənədi imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]