ELM VƏ TƏHSİL
“Siemens” “eHighway” elektromagistralının tikintisinə başlayıb
Bakı, 24 avqust, AZƏRTAC
“Siemens” korporasiyası çoxsaylı sınaqlardan sonra “eHighway” elektromagistralının tikintisinə başlayıb.
AZƏRTAC hi-news.ru saytına istinadla xəbər verir ki, “eHighway” adlandırılan elektrikləşdirilmiş avtomagistrallardan dizel-elektrik hibrid yük maşınları da hərəkət üçün istifadə edə bilərlər.
2016-cı ildə “Siemens” şirkəti İsveçdə, Stokholm yaxınlığında “eHighway” elektromagistralının ilk eksperimental sahəsini tikib. Hazırda Almaniyada 10 kilometr ölçülü sahədə yolun salınması işləri aparılır. 2018-ci ilin sonunadək tikinti işlərinin yekunlaşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, “Siemens” 2012-ci ildə elektrik avtomobillərinin yol üzərində hərəkəti zamanı enerji toplamasına imkan verən elektromagistralın layihəsini təqdim edib. “eHighway” Frankfurt aeroportunda yerləşdirilmiş Zeppelinheym logistik mərkəzindən başlayır.