CƏMİYYƏT


Sifarişli səyyar “ASAN xidmət”ə “Asan İmza” sertifikatının verilməsi xidməti əlavə olunacaq

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Sifarişli əsaslarla həyata keçirilən səyyar “ASAN xidmət”ə “Asan İmza” sertifikatının verilməsi xidməti də əlavə olunacaq. Sözügedən xidmətdən istifadə edərək vətəndaşlar evlərində və ya iş yerlərində səyyar qaydada “Asan İmza” xidmətinə qoşula biləcəklər.

“ASAN xidmət”dən AZƏRTAC-a bildiriblər ki, Vergilər Nazirliyi tərəfindən həyata keçirilən “Asan İmza” xidmətinə qoşulma “Bakcell” və “Azercell” operatorları tərəfindən həyata keçiriləcək.

Xidmətin sifarişi isə 9-108 nömrəli “Çağrı” mərkəzi vasitəsilə mümkündür.

Səyyar xidmətlər dedikdə qanunla nəzərdə tutulmuş qaydada əlavə ödəniş aparılmaqla şəxsin iş və ya yaşayış yerini, habelə olduğu yeri tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur. Yəni xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq şəxsə verilməli olan sənədlər onun yaşayış və ya iş yerində, habelə olduğu yerdə təhvil götürülə və təhvil verilə bilər.

Qeyd edək ki, sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan 1-ci qrup əlillər (tibbi-sosial ekspertiza komissiyasının arayışında göstərilməklə) və sağlamlıq imkanları məhdud uşaqlar üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.