İQTİSADİYYAT


Sığorta agenti fəaliyyətinə lisenziyalar verilib

Bakı, 30 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının 29 dekabr 2016-cı il tarixli qərarına əsasən, “GünayBank” ASC-yə sığorta agenti fəaliyyətinə lisenziya verilib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Direktorlar Şurasının qərarı ilə, həmçinin Xəqani Sabir oğlu Hüseynova, Emil Sabir oğlu Azayevə, Nemət Elçin oğlu Mirzəyevə, Vüqar Maqsud oğlu Nəbiyevə, Fuad Elman oğlu Nağdəliyevə və Şəhriyar Abduləhəd oğlu Tağızadəyə sığorta agenti fəaliyyətinə lisenziya verilib. Sözügedən lisenziyalar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 86.1-ci maddəsinə və Palatanın nizamnaməsinin 5.3.20-ci bəndinə əsasən verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.