İQTİSADİYYAT
Sığorta agentləri AXA MBASK şirkəti ilə əməkdaşliqdan məmnundurlar
Bakı, 26 aprel, AZƏRTAC
“Media Consulting and Services” konsaltinq şirkəti AXA MBASK sığorta şirkətinin sığorta agentliklərinin ehtiyaclarını, problemlərini və arzularını qiymətləndirmək məqsədilə yüzdən çox respondentin (sığorta agentləri) iştirak etdiyi anonim tədqiqat həyata keçirib.
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, sorğuda iştirak edən agentlərin 91faizi AXA MBASK-la əməkdaşlıqdan tam razıdır və onlar şirkəti və fəaliyyət sahəsini ən azı 5 il ərzində ən azı 5 il ərzində dəyişdirmək niyyətində deyillər. Müəyyən edilib ki, sığorta agentlərinin 56 faizi 3 ildən çoxdur şirkətlə əməkdaşlıq edir.
AXA MBASK-ın "işləməsi asan olan sığorta şirkəti" strategiyasına uyğun olaraq, agentlərin gündəlik işini asanlasdırmağa yönəlmiş xüsusi layihələri sayəsində respondentlərin 93 faizi şirkətin informasiya texnologiya xidmətlərindən tam razıdır. Onlar sığorta ödənişinin tez verildiyinə və müştərilərinin razı qaldığına görə şirkətlə işlədiklərini bildiriblər.
Gələcəkdə də agentlər və müştəriləri arasında müvafiq sorğuların təşkil edilməsi planlaşdırılır.