İQTİSADİYYAT


Sığorta bazarının peşəkar iştirakçılarının hesabatların verilməsi üçün istifadə etdikləri daxil olma linki dəyişib

A+ A

Bakı, 20 iyul, AZƏRTAC

Sığorta bazarının peşəkar iştirakçılarının Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) təqdim etməli olduqları hesabatların elektron formada verilməsi üçün istifadə etdikləri link ünvanı yenisi ilə əvəz olunub.

MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müvafiq hesabatları təqdim etmək üçün istifadə edilən https://sns.maliyye.gov.az daxil olma linki https://sns.fimsa.az ilə dəyişdirilib. Sözügedən linkə daha rahat daxil olub hesabatların təqdim edilməsi üçün istifadəçilərin "flock" internet brauzerindən istifadə etmələri tövsiyə olunur.

Sığorta qanunvericiliyinə əsasən, hesabat dövrü başa çatdıqdan sonra 20 gün ərzində sığortaçılar MBNP-yə aylıq, rüblük və illik dəqiqləşdirilmiş, təkrarsığortaçılar rüblük və illik dəqiqləşdirilmiş və sığorta vasitəçiləri isə rüblük artan yekun üzrə hesabatlar verməlidirlər.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanı ilə yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.