REGİONLAR


Sığorta işinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr müzakirə olunub

A+ A

Naxçıvan, 24 avqust, AZƏRTAC

Naxçıvan Şəhər İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə şəhərdə sığorta işinin mövcud vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş tədbirdə bu sahədə görüləcək işlər müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov son dövrlərdə şəhərdə sığorta sahəsində görülmüş işlərdən danışıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov muxtar respublikada sığorta işinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə genişləndirilməsi işində 2011-ci il noyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatının dinamik inkişafı sığorta fəaliyyəti sahəsində də özünü göstərməkdədir. Sığortanın insan həyatında əhəmiyyəti artdıqca daha çox vətəndaş öz daşınmaz əmlakını, avtonəqliyyat vasitəsini icbari olaraq sığortalayır, həyat sığortası və ev əmlakı üzrə könüllü sığortalara maraq artır.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, əhali gəlirlərinin artması, iqtisadi fəallığın yüksəlməsi, öz növbəsində, cəmiyyətdə sığorta münasibətlərinin də inkişafını şərtləndirir. İndi insanlar rahat ömür sürməyi, evdə, işdə, yolda qarşılaşa biləcəyi təhlükələrdən sığortalı yaşamağı çox qiymətləndirir, təsadüfi riskli hadisələrə qarşı hazırlıqlı olmağı vacib tələbat kimi hər yerdə görürlər. Belə hadisələr isə insanların yaşadığı hər yerdə gözlənilir və inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələrdə rast gəlinə bilər.

Tədbirdə Naxçıvan şəhərində sığorta sahəsində görülmüş işlər təhlil olunub. Baş direktor bildirib ki, bu sahədə maksimum nəticə əldə olunmalı və bunun üçün əhali arasında sığorta maarifləndirilməsi işlərinə diqqət artırılmalıdır.

Sonra Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Rəşadət Əliyev, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin Naxçıvan Şəhər Şöbəsinin rəis müavini Nəsimi Hüseynоv Naxçıvan şəhərində icbari sığortaların vəziyyəti üzrə məlumat veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.