İQTİSADİYYAT
Sığortaçılar Assosiasiyası sığorta sahəsində sənəd mübadiləsi prosesini sadələşdirir
Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Həyat sığortası komitəsi sığorta sahəsində sənəd mübadiləsi prosesinin sadələşdirilməsi məqsədi ilə elektron imzadan istifadə edilməsi, sığorta müqavilələrinin elektron qaydada bağlanması məsələsini müzakirə edib.
Sığortaçılar Assosiasiyasından AZƏRTAC-a verilən məlumata görə, iclasda fiziki şəxslərə təqdim edilən kredit müqavilələrinə, ipoteka sığortasına dair müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.
Həmçinin ASA tərəfindən xarici mütəxəssislərin iştirakı ilə həyat sığortası sahəsində seminarların təşkil edilməsi də nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [12:14]
Energetika naziri ABŞ-a səfər edib
- 18.04.2024 [11:39]
® Sən də “Dəstək” ol!
- 18.04.2024 [11:25]