İDMAN


Şikar Bədəlov: Azərbaycanı növbəti yarışlarda da uğurla təmsil edəcəyəm

A+ A

Bakı, 24 yanvar, AZƏRTAC

Azərbaycan idmançısı Şikar Bədəlov “Qəhrəmanların döyüşü” devizi altında Düsseldorfda keçirilən kikboksinq üzrə Avropa çempionatının qalibi olub.

AZƏRTAC xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Ş.Bədəlovun rəqibi pakistanlı idmançı olub.

Ş.Bədəlov jurnalistlərə açıqlamasında bildirib ki, bu, peşəkar döyüşlərdə böyük uğurlar qazanan pakistanlı idmançının ilk məğlubiyyəti olub. O, mayın 27-də Almaniyada keçiriləcək və 15 ölkədən 50-yə yaxın idmançının qatılacağı “Fight Fijen 5” yarışında da Azərbaycanı uğurla təmsil etmək üçün səylə hazırlaşdığını diqqətə çatdırıb.

Xatırladaq ki, azərbaycanlı idmançı keçirdiyi üç peşəkar döyüşün ikisində qalib gəlib və yalnız bir görüşdə məğlub olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.